EPDM PondGard  

Firestone PondGard, zaman sınağından keçmiş yüksək keyfiyyətli EPDM sintetik kauçuk hidroizolyasiya membranıdır. UV şualara, yüksək temperatura, oksidləşməyə və şaxtalara davamlıdır. Firestone PondGard membranı, hava şəraitinə baxmayaraq, mexaniki göstəricilərini uzun müddət saxlayır.
Firestone PondGard bütün növ səthlər üzərində istifadə edilə bilər. İstənilən mürəkkəblikdə olan layihələrdə optimal estetik nəticələr verir.
Cəmi 1.0 mm qalınlığına baxmayaraq bu membran su saxlama məqsədini ideal yerinə. -45°C  +135°C dərəcə diapozonunda olan yüksək elastikliyi (> 300%) səth sürüşmələrinə və əyriliklərə adaptasiya olma imkanı verir.
Firestone PondGard membranının quraşdırılması çox asandır və mükəmməl bir su izolyasiyasını təmin edir. Zərurət yaranarsa, çox illər sonra belə membran asan təmir olunur.
Kimyəvi inertliyi, mikroorqanizmlərə və yosunlara qarşı müqaviməti sayəsində ətraf mühit və su faunası üçün təhlükəsizdir.