Şirkət 1997-ci ildən fəaliyyətdədir.
Şirkət uğurla aşağıdakı fəaliyyətləri həyata keçirir:
Müxtəlif materiallardan: polikarbonat, polipropilen, kompozit, qalvanize və paslanmaz polad, çuqundan hazırlanmış, bütün yüklənmə siniflərinə məxsus yağmur drenaj sistemlərinin quraşdırılma və satışı.
Geniş çeşiddə san.qovşağı, hamam, mətbəx, həyət, terras, dam süzgəc və süzgəc sistemlərinin, eləcədə müxtəlif yükləmə sinifli kompozit lyukların satışı.
Müxtəlif ölçü və formalı düz dam, terras, bünövrə, zirzəmi, yeraltı qarajların və digər tikinti obyektlərinin EPDM və TPO membranlarla hidroizolyasiyası.
Süni göllər, şəlalələr, fəvvarələrin inşası. Zəruri avadanlıqlar, aksessuarlar, dekorasiya elementləri ilə təchizatı. Göllərə servis xidmətinin göstərilməsi.

