Emulzer Antiroot

Bitki köklərindən mühafizə

 

Təsvir

Bir komponentli, modifikasiya olunmiş bitumlu, durulaşdırıcı əsaslı, istifadəyə hazır, köklərdən qoruyan qatqıları olan duru hidroizolyasiya membranıdır. Durulaşdırıcı buxarlandıqdan sonra o səthə sıx yapışaraq tikişsiz, möhkəm, suya və köklərə davamlı təbəqə yaradır.

İstifadə sahələri

Terras, dam və eyvanlarda yağış suyu və köklərə qarşı,
Yeraltı dayanacaqlar və digər torpaqla örtülən tikililərin hidroizolyasiyası,
Təməl, sütun, dirəkaltı və asma divarların nəm və su axıntılarından qorunması,
Drenaj və su kanallarının hidroizolyasiyası üçün.

Üstünlüklər

  • Hidroizolyasiya sisteminin köklər təsirindən pozulmasının qarşısını alır.
  • tikişsiz izolyasiya örtüyünü təmin edir.
  • Çox elastikdir. (1000%)
  • İstifadəyə hazırdır. Tez quruyur.
  • Soyuq halda və durulaşdırılmadan istifadə edilə bilir.
  • Yüksək təzyiqə davamlığı artırmaq məqsədilə örtüyü faberqlas və keşə ilə gücləndirmək olar.

İstifadə qaydaları

  • İstifadəyə hazır material olaraq isidilmə və ya durultma tələb etmir.
  • Fırça, roller və ya pulverizatorla yayıla bilər.
  • Yüksək keyfiyyəti təmin etmək üşün metl səthləri Emulkote CSP ilə, qeyri metal səthləri isə Emilkote ilə qruntlamaq olar.
  • İkinci qat 24 saatdan sonra vurulur.

Sərfiyyət

Ən az üç qat, hər qat üçün 600 gr/m2.

Qablaşdırma

17 kq metal qutu – 33 ədəd / Palet
200 kq dəmir boçka